"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, S.Narışkin bu monitorinqin AŞPA üzvlərini, müxtəlif nümayəndə heyətlərinin qeyri-bərabər vəziyyətdə qoyduğunu bildirib.
"AŞPA çərçivəsində üstünlüklərlə mübarizə aparmağı təklif edirəm. İlk növbədə də əvvəldən də bildirdiyim kimi, ölkələr üzrə monitorinqə son qoyulmasını istəyirəm. O, AŞPA üzvlərini, müxtəlif nümayəndə heyətlərini qeyri-bərabər vəziyyətdə qoyur", - deyə Dövlət Dumasının sədri vurğulayıb.
O bildirib ki, monitorinq situasiyalı, tematik ola bilər, amma mütləq bütün parlament nümayəndə heyətlərinə qarşı eyni olmalıdır.