Ərazidə hərəkətin məhdudlaşdırması Q.Qarayev prospektinin Şirin Mirzəyev küçəsindən Rüstəm Rüstəmov küçəsi istiqaməti üzrə (Dakar meydanınadək) olan hissəsində tətbiq olunacaq.
Digər hərəkət istiqaməti - R.Rüstəmov küçəsindən "Qara Qarayev" metro stansiyası yerləşən əraziyə doğru hərəkət istiqamətində hər hansı bir məhdudiyyət tətbiq olunmur.
Sürücülərdən təmir işləri aparılan müddət ərzində altyernativ olaraq Mikayıl Əliyev, Mehdi Abbasov, Rüstəm Rüstəmov və digər küçələrdən istifadə etmələri tövsiyə olunur.