İkiqat Olimpiya çempionu, avstraliyalı atıcı Maykl Daymond Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunları-2016-nı buraxa bilər.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, M.Daymond mayın sonlarında içkili vəziyyətdə avtomobil idarə etdiyinə görə həbs olunmuşdu. O, həmçinin yanlış şəkildə silah saxlamaqda ittiham olunub. Buna görə də onun silah gəzdirmək lisenziyası dayandırılıb.
Milli Olimpiya Komitəsi M.Daymondun davranışının qəbuledilməz və ölkənin imicinə təhdid olduğu bildirib.
Qeyd edək ki, M.Daymond 1996 və 2000-ci illərdə stend atıcılığı növü üzrə Olimpiya Oyunlarının qızıl medalını qazanıb.
Milli.Az