UEFA-nın Müstəqil nəzarət və intizam instansiyası Portuqaliya Futbol Federasiyasını cəzalandırıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, federasiya Polşa- Portuqaliya matçında azarkeşlərinin intizamsızlığı səbəbindən 7 min avro cərimə ödəməli olacaq. UEFA fanatların pirotexnikadan istifadəsinə görə 2 min, portuqal azarkeşin meydana daxil olması səbəbindən 5 min cərimə təyin olunub. Bundan başqa oyundan sonra fanatların meydançaya çıxmasına görə Portuqaliya tərəfinə xəbərdarlıq edilib.

Milli.Az