Populyar amerikalı müğənni, aktrisa, model və bəstəkar Siara dünən tanınmış idmançı, Amerika Futbol Liqasındakı (NFL) "Sietl Sihouks" klubunun kuoterbeki Rassel Uilsonla münasibətlərini rəsmiləşdirib.

Toy İngiltərənin Çeşir qraflığındakı Pekforton qəsrində olub.

Toy günü Siara və Rassel İnstagram-dakı profillərində yazıblar: "Biz artıq Uilsonlarıq!"

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 30 yaşlı Siara "Roberto Cavalli" brendinin əsəri olan gəlinlik paltarında idi.

Toyda Siaranı müğənni Kelli Roulend müşayiət edirdi. Tennisçi Serena Uilyams da toya dəvət olunmuşdu, lakin Uimbldon turnirindəki matça görə Serena toya qatıla bilməyib.

Toydan əvvəl qonaqlar üçün "Liverpool's Titanic" otelindəki "Stanley's Bar & Grill" restoranında 100 nəfərlik ziyafət təşkil olunmuşdu.

İki il əvvəl Siara reper "Future" ilə evlənməyə hazırdı. O, reperdən hamilə də qalmışdı. Lakin Siaranın oğlu anadan olandan sonra "Future"la münasibətlər pozuldu. Rassellə Siara ötən il tanış olub, bu ilin baharında isə Seyşel adalarında nişanlanıblar.

Milli.Az

Məşhur müğənninin toyu qəsrdə oldu - FOTO