Bakı. 9 iyul. REPORT.AZ/ NATO Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.
"Report"un verdiyi məlumata görə, bu barədə Varşavada NATO sammitinin yekun kommunikesində qeyd edilib.
Sənədi Alyansa üzv ölkələrin, eləcə də təşkilatın tərəfdaş ölkələrin rəhbərləri imzalayıblar.
Xatırladaq ki, Çikaqoda (2012) və Uelsdə (2014) keçirilən NATO sammit çərçivəsində də Azərbaycanın ərazi bütövlüyü dəstəklənib.