Türkiyənin Antalya şəhərində qadın voleybolçular arasında I Qloriya Kubokuna start verilib.
ANS PRESS-in məlumatına görə, 4 komandanın qatıldığı turnirdə Azərbaycanı “Azəryol” təmsil edir.
Bakı klubunun ilk rəqibi Türkiyə “Vakıfbank”ı olub. Oyun türklərin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Azəryol" növbəti oyununu sabah İsveçrənin "Volero" klubuna qarşı keçirəcək. Komandamıən ayın 5-də Sloveniyanın "KBM Branik Maribor" klubu ilə üz-üzə gələcək.