"Sky Sports"un eksperti kimi çalışan Tyerri Anri başa çatan Avropa çempionatı barədə fikirlərini bölüşüb.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, 2000-ci ilin Avropa çempionu son turnirdə tətbiq olunan yeni formatdan narazılıq bildirib.
"Qrupda 3-cü yeri tutan komandanın pley-off-a çıxmaq imkanı olanda başa düşür ki, bunun üçün 3 heç-heçə kifayətdir. Albaniyanın rumınlar üzərindəki qələbəsini, İslandiyanın turnirdə etdiklərini alqışlayıram. Ümumilikdə, yeni format qrup mərhələsini məhv elədi".
Milli.Az