Daha bir ukraynalı idmançı Azərbaycanda

Daha bir ukraynalı idmançı Azərbaycanda
03:26 4 Yanvar 2015
174 İdman
Ölkə mətbuatı
A- A+

Ukrayna Üzgüçülük Federasiyasının daha bir üzvü karyerasını Azərbaycanda davam etdirmək qərarına gəlib.

ANS PRESS-in məlumatına görə, bu haqda Ukrayna yığmasının məşqçisi Tamara Tokmaçeva məlumat verib.

Onun sözlərinə görə, Olimpiya mükafatçısı Aleksey Priqorovun ardınca 28 yaşlı suyatullanan Anton Zaxarov da Bakıya gəlmək üzrədi. Məşqçi idmançıların bu addımını maddi vəziyyətlə izah edib.

2003-cü ildə dünya çempionatının gümüş medalını qazanan Zaxarov 10 metr hündürlükdən suya tullanma üzrə ixtisaslaşıb.

Xatırladaq ki, 2014-cü ildə suyatullanan Aleksey Priqorovla yanaşı, baydarkaçı İnna Osipenko-Radomskaya və gimnast Oleq Stepko Ukraynanı Azərbaycana dəyişiblər.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=317628

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR