"Arsenal"ın sabiq hücumçusu Tyerri Anri klubun akademiyasındakı işindən gedir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Arsenal" futbol akademiyasının rəhbəri Andris Yonker Anrini U-18 komandasına baş məşqçi təyin etmək istəyib. Arsen Venqersə buna qarşı çıxıb. O, Anrinin paralel olaraq "Sky Sports"da ekspert kimi çalışmasından narazıdır. İngiltərə mətbuatı Venqerin rəqabətdən qorxduğu üçün belə addım atdığını yazır. Çünki Anri gələcəkdə "topçular"ın baş məşqçisi olmağa real namizəddir. Buna görə gənc mütəxəssis inkişafına davam etmək üçün "Arsenal"dan gedəcək.

Milli.Az