NATO-nun baş katibi Yens Stoltenberq Türkiyədə hakimiyyəti ələ keçirmək üçün "paralel dövlət" adlı struktur yaradan Fətullah Gülən cərəyanının üzvləri tərəfindən təşkil edilən hərbi çevrişiş cəhdinə münasibət bildirib.
Trend-in Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, Y.Stoltenberq dözümlülüyə, sabitliyə, demokratik institutlara və Türkiyə Konstitutsiyasına hörmət etməyə çağırıb. O qeyd edib ki, Türkiyə NATO-nun mühüm tərəfdaşıdır.
Şənbə günü axşam Türkiyədə hərbi çevrilişə cəhd edilib. Hərbi çevrilişə cəhd nəticəsində 17 polis əməkdaşı həlak olub. Hərbi çevriliş etməyə cəhd edənlər Atatürk hava limanını tutmağa cəhd edib.
Milli.Az