Şənbə günü gecə Türkiyədə hərbi çevrilişə cəhd edilib.
Nəticədə 90 nəfər ölüb, 1374 nəfər Türkiyə Silahlı Qüvvələri mənsubu həbs edilib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, çevriliş nəticəsində öldürülənlər arasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Mustafa Varankın böyük qardaşı İlhan Varankın da olduğu məlum olub.
Qeyd edək ki, bu barədə məlumatı Yalçın Akdoğan şəxsi Tvitter hesabından verib.
Bəxtiyar Umarlı
Milli.Az