Bakı. 19 iyul. REPORT.AZ/ Ağstafa rayonunda oğurluq hadisəsi baş verib. "Report" Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən xəbər verir ki, hadisə rayonun Saloğlu qəsəbəsində qeydıə alınıb.
Belə ki, həmin qəsəbənin sakini Ramilə Quzanovanın evinə pəncərədən girən naməlum şəxs ev sahibinə qarşı zor tətbiq edərək oradan 31 manat pul və 5 000 manat dəyərində qızıl-zinət əşyaları aparıb.
Ağstafa Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş Qorxmaz Əhmədov tutulub.
Faktla bağlı araşdırmalara başlanılıb.