"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) saytında yerləşdirilən bəyanatda deyilir.
İkinci dalğa üzrə araşdırma Pekindəki Olimpiadada 8 müxtəlif idman növündə yarışan 8 ölkədən olan 30, eləcə də Londondakı Oyunlarda 2 müxtəlif idman növündə yarışan 9 ölkədən olan 15 atletə təsir edib.
BOK-un press-relizində hər hansı ad, cəza və ya ölkə göstərilməyib. Sadəcə, vurğulanıb ki, Pekin-2008-də dopinqdən istifadə etdiyi aşkarlanan 30 idmançıdan 23-ü mükafatçı olub.
Bəyanatda antidopinq qaydalarını pozan bütün idmançıların bu il Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarından kənarlaşdırılacağı vurğulanıb.