ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşündən tərəqqi gözləyir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu amerikalı həmsədr Ceyms Uorlik deyib.

Onun sözlərinə görə, prezidentlərin gözlənilən görüşü tərəflərin atəşkəs rejiminə sadiq qalmaq istəklərini nümayiş etdirməlidir.

C.Uorlik qeyd edib: "Gözləyirik ki, tərəflər atəşkəs rejiminə dəstək verilməsi üzrə prezidentlərin ifadə etdikləri hazırlıq fonunda üzərlərinə götürdükləri öhdəliklərə sadiq qalacaqlar".

Milli.Az