Moskva-Gəncə aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı gömrük nəzarətindən keçərkən, onun baqajına rentgen aparatı vasitəsi ilə baxış keçirilib və monitorda metal dəyənəyin təsvirləri əks olunduğuna görə müvafiq qanunvericiliyə uyğun olaraq təkrar yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, yoxlama zamanı sərnişinə məxsus çantanın içərisindəki şəxsi əşyaların arasından gömrük nəzarətinə təqdim olunmayan 1 ədəd metal dəyənək aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Moskvadan gələn şəxsdə metal dəyənək tapıldı - FOTO