Dünən, avqustun 1-də Almaniya fond birjası "Deutsche Burse"dəki indekslərin operatoru olan "STOXX Ltd." şirkəti öz indeksində dəyişiklik etdiyini açıqlayıb. Dəyişiklik 8 avqust 2016-cı il tarixindən qüvvəyə minir və adı çəkilən bankları siyahıdan xaric edib, əvəzində Fransanın "Vinci" inşaat şirkəti və Hollandiyanın ASML texnologiya şirkətini əlavə edib.
Xatırladaq ki, "Stoxx 50" indeksi 1998-ci ildən hesablanır və özündə Avropanın 12 ölkəsinin aparıcı 50 şirkətini cəmləşdirir. İndeks ETF, fyuçers, opsiion kimi investisiya məhsullarının geniş spektrında lisenziyalaşdırılıb.