Bəstəkar-müğənni Elza Seyidcahan yenə öz ampluasındadır.
Milli.Az 1xeber.com-a istinadən bildirir ki, ekstravaqant geyimləri, baş örtükləri və saç düzümləri ilə tamaşaçıların zövq anlayışını iflic vəziyyətinə salmağı bacaran sənətçi yenə gündəmi ələ alıb.
Mütəmadi olaraq əndrabadi obrazlarla tamaşaçı qarşısına çıxan əməkdar artist bu dəfə "Qara Günəş" obrazında görünüb.
Elza Seyidcahan özünün yeni obrazını belə təsvir edir: "Bərəkətli buludlara bürünmüş Günəş obrazı. Adətən, göy üzünü qara buludlar alanda insanlar bunu sevmirlər. Əslində qara buludlar Allahın mələkləridir. O buludların hər birində Yer üzündə yaşayan canlılar üçün, təbiətimiz üçün Allahın bərəkəti var. Planetimiz, çaylar, dənizlər, ağaclar həmin o qara buludlardan qidalanırlar. Bu obrazım da ondan xəbər verir. Geyimimdə göy rəng səmanı, sarı rəng Günəşi təmsil etdirir. Sadəcə bu dəfə Günəş öz bərəkətini başqa ölkələrə yönəldib..."
Sənətçinin bu imici də birmənalı qarşılanmayıb. Sosial şəbəkə izləyiciləri arasında Elza Seyidcahanın yeni obrazını bəyənənlər də olub, bəyənməyənlər də..
Milli.Az



