Ermənistanda müxalif "Təsis parlamenti"nin üzvü Arutyun Aqlamazyan yaşadığı binanın yaxınlığında döyülüb.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə zərərçəkənin atası Karen Aqlamazyan məlumat verib.
O bildirib ki, oğlu Ermənistan Xüsusi İstintaq Xidmətindən evə qayıdarkən döyülüb.

"Arutyun zəng edərək evə gəldiyini söylədi və mən onu qarşılamağa çıxdım. Elə binanın yaxınlığında 3 nəfər ona yaxınlaşaraq Arutyun olub-olmadığını soruşublar. Hə cavabını aldıqdan sonra onu döyməyə başladılar".
H.Aqlamazyanın sözlərinə görə, hazırda oğlu xəstəxanada müayinə olunur.
Milli.Az