Bakı. 8 avqust. REPORT.AZ/ Səhiyyə Nazirliyi 2016/2017-ci tədris ili üçün rezidenturaya qəbul olan şəxslərə müraciət edib.
Nazirlikdən “Report”a verilən xəbərə görə, rezidentlərin iş nömrəsini, şəxsiyyət vəsiqəsi və onun surəti, eləcə də ali tibb təhsili haqqında diplom və onun surətini sabahdan etibarən avqustun 15-dək (beş iş günü ərzində) quruma (akad. M.Mirqasımov küç., 1A) təqdim etməklə Səhiyyə Nazirliyi ilə “Rezidenturada həkim-mütəxəssis hazırlığı haqqında” müqaviləni bağladıqdan sonra qeydiyyatdan keçmələri mütləqdir.
Rezidenturaya qəbul olan şəxslərin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək. Qeydiyyatdan keçmənin səmərəli təşkili üçün rezidenturaya qəbul olmuş şəxslərdən məhz ixtisasa ayrılmış gündə və saatda müraciət etmələri xahiş olunur.
Qeydiyyatdan keçmə (ixtisaslar üzrə) aşağıda göstərilən qrafik üzrə aparılacaq.
Tarix Saat İxtisas 9 avqust 10.00-13:00 Anesteziologiya-reanimatologiya 13.00-15:00 Ümumi cərrahiyyə 15:00-16:00 Travmatologiya-ortopediya 10 avqust 10.00-13:00 Mamalıq-ginekologiya 10.00-13:00 Ürək-damar cərrahiyyəsi 13.00-16:00 Pediatriya 11 avqust 10.00-13:00 Terapiya 13.00-15:00 Şüa diaqnostikası 15:00-16:00 Laboratoriya işi 15:00-16:00 Dermatovenerologiya 12 avqust 10.00-11:00 Psixiatriya 11.00-12:00 Stomatologiya 12:00-13:00 Mikrobiologiya 12:00-13:00 Allerqologiya 13:00-14:00 Nevrologiya 13:00-14:00 Neyrocərrahiyyə 15:00-16:00 Kardiologiya 15:00-16:00 Nefrologiya 15 avqust 10.00-11:00 Oftalmologiya 10.00-11:00 Gigiyena 11.00-12:00 Ftiziatriya 11.00-12:00 Sosial gigiyena və səhiyyənin təşkili 12.00-13:00 Yoluxucu xəstəliklər 12.00-13:00 Epidemiologiya 13.00-14:00 Fizioterapiya və tibbi bərpa 13.00-14:00 Onkologiya 14.00-15:00 Otorinolarinqologiya 15.00-16:00 Endokrinologiya 15.00-16:00 Qastroenterologiya 15.00-16:00 Hematologiya 15.00-16:00 Patoloji anatomiya, məhkəmə-tibbi ekspertiza 15.00-16:00 Uşaq cərrahiyyəsi 15.00-16:00 Urologiya 15.00-16:00 Narkologiya 15.00-16:00 Revmatologiya 15.00-16:00 İmmunologiya 15.00-16:00 Şüa terapiyası 15.00-16:00 Üz-çənə cərrahiyyəsi 15.00-16:00 Plastik cərrahiyyə