Portuqaliyalı baş məşqçi Vitor Pereyra ilə yolları ayırmağı planlaşdıran Türkiyənin "Fənərbağça" klubu yeni çalışdırıcı axtarışlarına başlayıb.

Milli.Az 1xəbər.com-a istinadən bildirir ki, İstanbul nəhənginin gündəmində əcnəbilərlə yanaşı, yerli mütəxəssislər də var.

Bunlardan biri də "sarı-göylər"in sabiq futbolçusu Ümit Özatdır. Yerli mətbuatın yazdığına görə, klub 39 yaşlı məşqçi ilə ciddi şəkildə maraqlanır. Məsələ ilə bağlı açıqlama verən çalışdırıcı hələ bu barədə rəsmi təklif almadığını desə də, sabiq komandasında baş məşqçi işləməyin ən böyük arzusu olduğunu bildirib.

Azərbaycanlılara görə qovulan qalmaqallı məşqçi “Fənərbağça”ya keçir?

Maraq üçün onu da əlavə edək ki, Özat Azərbaycan futbol camiyəsi üçün heç də yad sima deyil. Belə ki, o, ötən il yerli "Boluspor" klubunun baş məşqçi olarkən, heç kimə xəbər vermədən ölkəmizdən 2 futbolçu - Ruslan Tağızadə və Nurlan Novruzovu komandasına cəlb etmişdi. Bundan xəbər tutan klub rəhbərliyi isə həmyerlilərimizin transferinə qarşı çıxıb. Məşqçi israrla azərbaycanlı futbolçuları komandasında görmək istədiyini bildirsə də, onunla razılaşmayıblar. Nəticədə rəhbərliklə mübahisə edən Özat istefa vermişdi. Bəzi mənbələrdə isə onun qovulduğu deyilirdi.

Milli.Az

Azərbaycanlılara görə qovulan qalmaqallı məşqçi “Fənərbağça”ya keçir?