"Report"un Birjaya istinadən verdiyi xəbərə görə, hərrac zamanı 7 investor tərəfindən 12 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 27,419 mln. manat təşkil edib. Sifarişlər 96,4427 (14,9999%)-98,4029 AZN (6.6002%) qiymət intervalında təqdim edilib.
Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimal qiyməti 97,5999 AZN (10,0004%), ortaölçülmüş qiyməti 97,6306 AZN (9,8694%) təşkil edib.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar 10 avqust 2016-cı il (t+1) tarixində həyata keçiriləcək.
İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 10 mln. manat təşkil edib.
İstiqrazların ödəmə tarixi 8 noyabr 2016-cı ildir.