"Report"un məlumatına görə, bu barədə "Reuters" agentliyi Birləşmiş Ştatların Silahlı Qüvvələrindəki mənbəyə istinadən xəbər verib.
Məlumata görə, adı açıqlanmayan zabit xidməti ezamiyyətdə olub və NATO-nun Norfolkdakı (Virciniya ştatı) qərargahındakı qurumlardan birinə müvəqqəti rəhbərlik edib.
Vaşinqtondakı səfirlikdən bildirilib ki, ötən ay Hərbi Dəniz Qüvvələrinin kontr-admiralı Mustafa Uğurlunun da həbsinə order verilib. O, rəhbərliyin vətənə qayıtmaq əmrinə tabe olmayıb.