Musiqi dünyasının istedadlı adlarından olan Bruno Mars Las-Veqasda “Caesars Palace” adlı oteldə səhnəyə çıxacaq.

Axşam.az-ın xarici mətbuata istinadən xəbərinə görə, 30 yaşındakı ulduz hər şousu üçün 3 milyon lirə (təxminən 1,6 milyon manat) qonorar tələb edir.

Otel rəhbəri “Müasir dövrün Maykl Ceksonu” adlandırığı Brunoya bu təklifi özü irəli sürüb.

Bu qonorardan sonra Bruno Cennifer Lopez, Britni Spirs, Kalvin Harris kimi ən yüksək qonorar alan məşhurlar sırasına daxil olacaq.

Otel sahibi “Mars həm rəqs edir, həm şou göstərir, həm də oxuyur. Tamaşaçını idarə etməyi bacarır” deyib.