Salvadorda televiziya kanallarından birininin xanım jurnalisti birbaşa efirdə yük avtomobilinin vurduğu kişidən müsahibə alıb.
Milli.Az modern.az-a istinadən bildirir ki, ölüm ərəfəsində olan kişi yolun kənarında uzanıb.
O, deyir ki, onu vurublar və özünü çox pis hiss edir: "Məni vurublar və çox ağrıyıram".
Kişi onu da qeyd edir ki, onu vuran avtomobili görməyib və xəstəxanaya getmək istəyir.
Bunu deyəndən bir neçə saniyə sonra kişi keçinib.
Milli.Az