Salvadorda televiziya kanallarından birində yayımlanan reportaj müzakirələrə səbəb olub. Belə ki, xanım müxbir müsahibinə amansız münasibəti səbəbindən tənqidlərə məruz qalıb.
Milli.Az publika.az-a istinadən bildirir ki, naməlum avtomobil tərəfindən vurulan və vəziyyəti ağır olan şəxsə xanım müxbir dəqiqələrcə sual verərək reportaj hazırlayır.
Yaralının "Kömək edin, ölürəm" deməsi müxbirin: "Sizi vuran maşını gördünüzmü, xəstəxanaya getmək istəyirsinizmi?" - suallarını durdura bilməyib.
Yaralının son vəziyyəti barədə məlumat yoxdur.
Milli.Az