Sazişə əsasən, İrlandiyanın idman yarışlarını yayımlayan aparıcı premium şəbəkəsi “Setanta Sports” “Bakı 2015” Avropa Oyunlarını hər gün səkkiz saat müddətində, o cümlədən, gündəlik əsas məqamları yayımlayacaq, “Açılış” və “Bağlanış” mərasimlərini nümayiş etdirəcək.
Təşkilat Komitəsindən qeyd edilib ki, İrlandiyada 1.2 milyondan artıq evdə yayımlanan “Setanta Sports” idman kanalı bütün dünyadakı premium məzmunla, o cümlədən İngiltərə Premyer Liqası, UEFA Çempionlar Liqası və Avropa Liqası, Reqbi üzrə Avropa Çempionlar Kuboku, Formula 1 yarışları, “The Masters”, “The Open” və Amerikanın Milli Futbol Liqası (NFL), Milli Basketbol Assosiasiyası (NBA) və “Nascar” adlı gündəlik şousu ilə sıx bağlıdır.
Həqiqət İSABALAYEVA