Puerto-Riko sahillərində 500-dən çox sərnişini daşıyan bərə yanıb.

Bu barədə Trend ABŞ-ın Sahil Mühafizəsinə istinadən məlumat verir.

Yanğın bərə sahildən 2 kilometr məsafədə olarkən baş verib. Sərnişinlər və ekipaj üzvləri təxliyə olunub.

Yanğının səbəbləri və xəsarət alanlar barədə məlumat verilmir.

Milli.Az