Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Ankarada, Prezident iqamətgahında Təhlükəsizlik Şurasının iclası keçiriləcək.

Milli.Az bildirir ki, bu barədə Trend "Haber 7" qəzetinə istinadən məlumat verir.

İclasda ötən ay Türkiyədə dövlət çevrilişinə cəhddən sonrakı vəziyyətin müzakirə olunacağı gözlənilir.

Qeyd edək ki, Şuranın sonuncu iclası Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəhbəri ordu generalı Hulusi Akar və baş nazir Binali Yıldırımın iştirakı ilə avqustun 18-də keçirilib. Toplantıda Silahlı Qüvvələrdə islahatlar müzakirə edilmişdi.

Milli.Az