"Report"un məlumatına görə, 64 kq. çəki dərəcəsində çıxış edən kubalı legionerin rəqibi özbək Fazlidin Qaibnazarov olub.
İlk hissə boksçumuzun üstünlüyü ilə yekunlaşıb. Lakin ikinci hissədə iki hakim üstünlüyü özbək idmançıya verib. Üçüncü hissə də rəqibin üstünlüyü ilə keçdiyindən Sotomayor ümumi hesabda məğlub olub və Olimpiadanı gümüş medal ilə başa vurub