Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, avqustun 22-də İsmayıllı rayonunun Quşəncə kəndində şəhər sakini Tural Rüstəmov ailə-məişət münaqişəsi zəminində qayınatası Roman Kərəmova bıçaqla xəsarət yetirib. R.Kərəmov hadisə yerində ölüb.
T.Rüstəmov könüllü İsmayıllı Rayon Polis Şöbəsinə gələrək istintaqa təslim olub.
Faktla bağlı araşdırma aparılır.