Kəmər boyunca səs-küyün səviyyəsi, atmosferə təsir və yeraltı suların səviyyəsini ölçən mütəxəssislər TAP-ın açıqladığı hesabatı təsdiqləyiblər: “Həqiqətən də TAP ərazinin ekoloji şəraitinin qorunmasına imkan yaradacaq”.
Qeyd edək ki, yoxlamalar TAP-ın keçdiyi 878 km-lik bütün marşrut boyunca aparılacaq.
Əlavə edək ki, TAP-ın son dayancağı İtaliyanın Melendunyo əyalətində yerləşən San Foca şəhərindəki terminaldır və kəmərin Brindizi (İtaliya) qəsəbəsi ərazisində dənizaltı və yerüstü hissələri birləşəcək. Ümumilikdə, kəmər sahil boyunca San Focaya qədər 55 km uzanacaq.
Xatırladaq ki, TAP-ın 5 səhmdarı var: SOCAR, BP, "Snam S.p.A"ın hər biri 20%, "Fluxys" 19%, "Enagas" 16% və "Axpo" 5% paya sahibdir.