İngiltərə millisinin baş məşqçisi Sem Ellardays Runinin komandanın kapitanı kimi qalacağını bildirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəsis bunları qeyd edib:

"Ueyn komanda üçün əla kapitandır. Onun bu rolun öhdəsindən yaxşı gəlməsi qərar qəbul etməyimdə çətinlik törətmədi. Runinin rekordu hər şeyi deyir. O, komandada ən yaşlı futbolçudur. Bunlar seçimin doğru olduğunu göstərir. Onun meydanda və ondan kənardakı davranışı xoşuma gəlir. Ən əsası kapitanın meydanda necə olmağıdır. O, liderlik keyfiyyətlərinə malik olmalı və yoldaşlarına nümunə olmalıdır. Bəzi futbolçular bu məsuliyyəti üzərinə götürə bilmirlər. Runi isə buna hazırdır".

Milli.Az