"Report" xəbər verir ki, bu barədə öz diplomatik mənbələrinə istinadən Almaniyanın məşhur "Der Spiegel" qəzeti yazıb.
Nəşrin yazdığına görə, hökumətin rəsmi nümayəndəsi Şteffen Zaybert bəyanatla çıxış edərək bildirəcək ki, qəbul edilmiş qətnamə hökumət üçün mütləq keçərli qüvvəyə malik deyil, sadəcə, Bundestaqının hüquqi əhəmiyyəti olmayan siyasi bəyanatıdır.
Almaniya hökuməti bu addıma cavab olaraq, Türkiyənin alman deputatların İncirlik aviabazasına girişinə icazə verəcəyini gözləyir.