"Dövlətin pulunun olmadığı vaxtlarda Olimpiya Komplekslərini digər strukturlar tikirdi". Fanat.Az xəbər verir ki, bu sözləri haqqin.az-a müsahibəsində gənclər və idman naziri Azad Rəhimov deyib.
Nazir bildirib ki, Beynəlxalq Bankdan Olimpiya Komplekslərinə də kredit verilib: "Qubada, Şamaxıda, Qazaxda olan mərkəzlər bizim balansımızda deyil, Salyandakı kompleksi “Nurgün Motors”, Masallıdakını “Azpetrol” tikib, daha 3 obyekt Beynəlxalq Bankdadır. Bu komplekslərin nazirliyimizə verilməsi məsələsi qalxan zaman məlum oldu ki, Beynəlxalq Bank bu komplekslərin adına da kredit götürüb.
Gəncə Olimpiya kompleksi nazirliyin balansına keçib. Lənkəran kompleksi dəhşətli tərzdə tikilmişdi. Buna görə də, onu söküb yenidən tikmək lazım oldu. Bərdə və Maştağa kompleksləri də ötürülmə mərhələsindədir. Orada da işlər elə də sadə deyil. Komplekslər əl dəyişdirmişdi, biri hətta Hollandiya şirkətinə məxsus idi.
Nazirliyin tabeliyində olan komplekslərdə isə olimpiya idman növləri üzrə pulsuz idman seksiyaları fəaliyyət göstərir. Əgər öyrənsək ki, orada kimsə kimdənsə olimpiya idman növü üzrə məşğələlərə görə pul alır, həmin məşqçi və ya kompleksin rəhbəri işini itirir.
Komplekslərin illik qazancı 20-40 min manatdır. Digər işlərdə nazirlik yardım edir".
Fanat.Az