Bu barədə “Report”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Görüş zamanı Azərbaycanın indiyədək sülhməramlı əməliyyatlarda, eləcə də Əfqanıstanda həyata keçirilən missiyada iştirakı yüksək qiymətləndirilib, BMT-nin sülhməramlı fəaliyyətinin təkmilləşdirilməsinə dair fikir mübadiləsi aparılıb, ölkəmizin bu fəaliyyətdəki perspektivləri və iki ölkə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub.
