Bu barədə "Report" Sinxua"ya istinadən xəbər verir.
Bildirilib ki, partlayış ölkənin iri şəhərlərindən olan Kotonuda məişət tullantılarının yandırılması poliqonunda baş verib. Xarab olmuş un partlayıb. Yerli sakinlər həmin unu aparmaq üçün poliqona gəlib. Un gömrükdə müsadirə edildikdən sonra poliqona gətirilib.
Ümumiyyətlə, ölənlərin sayının artacağı istisna olunmur, çünki yaralılardan bəzilərinin vəziyyəti ağırdır.