Kolumbiyanın Medellin şəhərindəki "Coliseo İvan de Bedout" idman kompleksində təşkil olunacaq qarşılaşmanı italiyalı Alessandro Malfer idarə edəcək. Oyunun ikinci hakimi Ondrey Kerni, üçüncü hakim isə belçikalı Paskal Lemal olacaq. Qarşılaşma Bakı vaxtı ilə gecə saat 03:00-da start götürəcək.
Mundialdakı ilk görüşdə Mərakeş yığmasına 5:0 hesabı ilə qalib gələn futzalçılar hazırda F qrupuna liderlik edir. İranı 5:1 hesablı məğlubiyyətə uğradan İspaniya da eyni xala malikdir.
Qeyd edək ki, milli qrup mərhələsindəki son oyununu İran yığmasına qarşı keçirəcək.