Avstriyada 18 yaşlı gənc qız valideynlərini məhəkəməyə verib.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, buna səbəb ana və atanın qızlarının yüzlərlə uşaqlıq fotolarını Feysbuk sosial şəbəkəsində paylaşması olub.

Hadisə ölkənin cənubundakı Karinsia bölgəsində baş verib: "Heç utanıb-qızarmırlar, sərhəd gözləmirlər. Tualetdə oturanda, çarpayıda çılpaq uzananda çəkdikləri fotolarımı paylaşıblar".

Gənc qızın sözlərinə görə, ana və atası 2009-cu ildən bu günə kimi 700 foto paylaşıblar: "Onlardan bu şəkilləri silmələrini istədim. Silmədilər. Mən də məhkəməyə müraciət etdim".

Milli.Az