“Bilik və Maarifçiliyin İnkişafı” ictimai birliyi "İcmalarda gənclərin özünüməşğulluq və sahibkarlıq bacarıqlarının artırılması" layihəsinin icrasını başa çatdırıb.

Publika.az xəbər verir ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşıb.

Əsas məqsədi gənclərin məşğulluq problemlərinin həllinə yardım etmək və onların biznes təşəbbüslərinə dəstək vermək olan layihə fəaliyyətləri Göygöl və Samux rayonlarında həyata keçirilib.

Özünüməşğulluq və sahibkarlıq fəaliyyətinə maraq göstərən 24 nəfər gəncə "Bizneslə tanışlıq" modulu üzrə təlim sessiyası, “İKT-dən biznes fəaliyyətində istifadə” modulu üzrə seminarlar keçirilib. Biznes təşəbbüslərlə bağlı 40 nəfər icma təmsilçisinə məlumat-məsləhət xidməti göstərilib. Öz biznesini qurmaq istəyən gənclər və digər icma təmsilçiləri tərəfindən 17 biznes təklif irəli sürülüb, 6 biznes plan hazırlanıb.

Ərazidə kiçik biznesinin inkişafına yönələn təşəbbüslərə dəstək vermək üçün layihə fəaliyyətlərində iştirak etmiş maraqlı tərəflərin (Göygöl və Samux bələdiyyəsinin, Göygöl və Samux rayon Gənclər və İdman İdarələrinin, “Bilik və Maarifçiliyin İnkişafı” ictimai birliyinin) resurslarının birləşdirilməsi əsasında, “Biznes Təşəbbüsləri” təlim-­məsləhət qrupu formalaşdırılıb.

Həyata keçirilmiş layihə gənclərin məşğulluq problemlərinin həllinə ictimai diqqətin artırılması, alternativ variant kimi onların özünüməşğulluq və sahibkarlıq fəaliyyətinə yaxından cəlb edilməsi, gənclərin biznes təşəbbüslərinə dəstək verilməsi baxımından əhəmiyyətli töhfə olub.

Gənclərin biznes təşəbbüslərinə dəstək layihəsi başa çatdı