Bu barədə "Report"a Palatadan bildirilib.
İstiqrazlar hamısı satılsa, "PAŞA Bank"ın öhdəlikləri 50 mln. manat artacaq.
Xatırladaq ki, MBNP ölkədə maliyyə sektorunun dayanıqlılığını təmin etmək və bu sahədə nəzarət mexanizmlərini təkmilləşdirmək məqsədi ilə ölkə prezidentinin 3 fevral 2016-cı il tarixli fərmanı ilə yaradılıb.
"PAŞA Bank" isə 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 333 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 33 300 manat olan 10 000 səhm əsasında formalaşıb. Bankın səhmlərinin 60%-i "PAŞA Holdinq" MMC-yə, 30%-i "Ador" MMC-yə, 10%-i isə Arif Paşayevə məxsusdur.