Nadirdən “partlayış” xəbəri

Nadirdən “partlayış” xəbəri
12:19 5 Yanvar 2015
239 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Nadir Qafarzadə ilə həmkarı Ayan Babakişiyeva yeni layihə üzərində çalışır. Bu barədə Lent.az-a N.Qafarzadənin özü məlumat verib. O, bildirib ki, növbəti duet ortağı Ayan olacaq: “Bildiyiniz kimi mən Ayanla “Sənin üçün” adlı mahnını oxudum və sevildi. Müğənni üçün ən böyük uğur, mahnılarının sevilməsidir. Həmin bəstənin bu qədər seviləcəyini gözləmirdik. Bu duet “Youtube” sosial şəbəkəsində rekord sayda baxış yığdı. Düşünürəm ki, bu uğura tək yox, Ayanla birlikdə imza atdıq. Onu da deyim ki, bir neçə il öncə Ayanı yaxından tanımırdım. Tanıyandan sonra ona hörmətim artdı. Özünə hörmət edən mərd xanım və dostdur. Allahın köməyi ilə növbəti duet üzərində çalışırıq. Yeni duetimizin seviləcəyinə inanıram. Sənətimizi sevənlər bilsin ki, Ayanla birgə “partlayışa” hazırlaşırıq. Hansı bəstəkarın mahnısını duet ifa edəcəyimizi isə hələ ki, sirr saxlayırıq. Bu barədə yaxın müddətdə mətbuata açıqlama veriləcək”.

Xatırladaq ki, N.Qafarzadə ilə A.Babakişiyevanın 2013-ci ildə ifa etdiyi “Sənin üçün” adlı bəstə ilin ən çox dinlənilən dueti olmuşdu. Bəstənin müəllifi isə Samir Vida idi.

Bu arada A.Babakişiyeva ilə N.Qafarzadə şənliklərin birində bir araya gələrək, şəkillər çəkdiriblər. Həmin fotoları da təqdim edirik. 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189400

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR