ABŞ-ın hüquq-mühafizə orqanları Berlinqton şəhərindəki (Vaşinqton ştatı) ticarət mərkəzində beş nəfəri öldürməkdə şübhəli bilinən şəxsi həbs edib.
Publika.az xəbər verir ki, bu barədə məlumat ştat polisinin Twitter səhifəsində dərc olunub. Fox News telekanalının məlumatına görə, tutulan şəxsin Türkiyə əsilli 20 yaşlı Arkan Çetin olduğu bildirilir.
Xatırladaq ki, şübhəli şəxs ticarət mərkəzinə girərək ətrafa atəş açmağa başlayıb, sonra isə hadisə yerindən qaçaraq gizlənib.
