Moskvadakı Lümyer qardaşları adına Fotoqrafiya Mərkəzində keçirilən "Cok Sterces. Utanmadan" fotosərgisi bu gün bağlanıb.
Milli.Az KP-yə istinadən bildirir ki, "Rusiya zabitləri" ictimai təşkilatının üzvləri sərginin keçirildiyi məkanın qarşısını kəsiblər. Təşkilatın sədri Anton Svetkov sərgini "təftiş" edib.
Bundan sonra qalereya sərgini qapatmağa qərar verib.
Dünən Rusiyanın uşaq ombudsmeni Anna Kuznetsova sərginin prokuror təftişinə məruz qoyulmasını istəmişdi. O, fotoqraf Cok Stercesinin əsərlərini uşaq pornoqrafiyası adlandırıb.
Rusiyanın Federasiya Şurasının üzvü Yelena Mizulina da sərgini "pedofiliyanın təbliğatı" adlandıraraq, onun təcili bağlanmasını tələb etmişdi.
Stercesin fotolarının bir qismində naturaçı qismində kamera qarşısında yeniyetmə qızlar soyunaraq çəkiliblər.
Milli.Az











