"Arsenal"ın keçmiş müdafiəçisi Martin Kouen maraqlı açıqlamaları ilə diqqət çəkib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, keçmiş futbolçu hazırda klubun şərəfini qoruyan Aleksis Sançesi tərifləyib: "Arsenal'ın heyətində son illər ərzində gördüyüm ən səviyyəli futbolçu Aleksis Sançesdir. "Arsenal"ı torta bənzətsək, Aleksis bu tortun üzərindəki kremdir. Sonuncu dəfə bu səviyyədə gördüyüm futbolçu Tyerri Anri olub. O, daima rəqib müdafiəçilərini təşvişə salaraq onları panikada saxlayır və sən ona qarşı nəsə bir risk edə bilmirsən".
Milli.Az