FİFA Rasizm və diskriminasiya üzrə İşçi qrupunun fəaliyyətinə xitam verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, sentyabrın 22-də işçi qrupun üzvləri komissiyanın qarşısında duran vəzifəni yerinə yetirdiyi və fəaliyyətini dayandırması barədə məlumatlandırılıb.

"Bu qərardan şoka düşdüyümü demək istəsəm də, belə deyil. Futbolda rasizm problemi ciddi və aktual mövzu olaraq qalır. Buna müntəzəm diqqət ayrılmalıdır. Fikrimcə, irəlidə komissiyanın mühüm işləri vardı. 2018-ci il Dünya çempionatı bu problemlərdən biridir. Deyəsən, FİFA rəhbərliyi fərqli mövqedədir. Uebbin rəhbərliyi altında heç bir görüşümüz olmamışdı. Bir neçə dəfə ona yazıb toplantı keçirməsini istəmişdim, amma cavab gəlməmişdi" - İşçi qrupun üzvü Osasu Obayiuvana deyib.

Qeyd edək ki, sözügedən komissiya 2013-cü ildə FİFA-nın eks prezidenti Yozef Blatter tərəfindən təsis edilmişdi. İşçi qrupun sədri qurumun sabiq vitse-prezidenti Ceffri Uebb təyin olunmuşdu. O, 2015-ci ildə korrupsiya qalmaqalından sonra həbsə alınmışdı.

Milli.Az