Gəncədə yaşayış evindən pul və qızıl zinət əşyaları oğurlanıb

12:47 5 Yanvar 2015
128 Digər
Ölkə mətbuatı
A- A+

[ 05 Yanvar 2015 12:46 ]

Gəncə. Azər Məmmədli - APA. Gəncədə oğurluq hadisəsi baş verib.

 

Kəpəz rayon Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.

 

Qəsəbə sakini, 1960-cı il təvəllüdlü Adil Vəliyev idarəyə müraciət edərək bildirib ki, yanvarın 4-də saat 23 radələrində evdə olmadığı zaman naməlum şəxs və ya şəxslər yaşadığı evin pəncərəsinin dəmir barmaqlıqlarını kəsib evə daxil olublar. Oğrular mənzildən 14 min manat dəyərində qızıl zinət əşyaları, 2 min 300 ABŞ dolları və 1000 manat pulu aparıblar. Oğurluq edən şəxslərin kimliyini müəyyən etmək məqsədi ilə Gəncə şəhər Baş Polis İdarəsində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368011

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR