Fətullah Gülən hərəkatı ilə bağlı araşdırma aparılması üçün Azərbaycan Baş Prokurorluğunun Türkiyəyə müraciəti üzrə işlər davam etdirilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın baş prokuroru Zakir Qaralov deyib.

Onun sözlərinə görə, Baş Prokurorluğun Kriminalistika şöbəsinin rəisi bu yaxınlarda Türkiyədə olub: "Bu yaxınlarda yenidən ezamiyyətdə olacaq. Bu istiqamətdə işlər qarşılıqlı şəkildə davam etdirilir".

Milli.Az