Qəbələdə zirvə savaşı - YENİLƏNİR

Qəbələdə zirvə savaşı -   YENİLƏNİR
15:07 2 Oktyabr 2016
72 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Topaz Premyer Liqasında VII tura və I dövrəyə yekun vurulacaq. Fanat.Az xəbər verir ki, turun və dövrənin son qarşılaşması Qəbələdə Qəbələ baş tutacaq.

Qəbələ şəhər stadionundakı matçda çempionluğa əsas namizədlər, Avropa Liqasının qrup mərhələsində çıxış edən "Qəbələ" və "Qarabağ" üz-üzə gələcək.

"Qəbələ" son 8 oyunda uduzmayıb, son 4 matçda qələbə qazanıb. "Qarabağ" isə son 23 qarşılaşmada rəqib qapılarına yol tapıb. Bu günkü matç turnir cədvəlinin liderliyi baxımından önəmlidi. Heç-heçə hazırda turnir cədvəlinə başçılıq edən "Qəbələ"ni zirvədə saxlayacaq. 13 xalla 3-cü pillədə qərarlaşan son 3 mövsümün çempionu "Qarabağ" isə liderliyi ələ almaq üçün səfər matçında iddialı rəqibi məğlub etməlidi.

Qeyd edək ki, ilk 2 gündə 3 matç baş tutub. "İnter" - "Zirə" və "Sumqayıt" - AZAL qarşılaşmaları 1:1 hesabı ilə başa çatıb, "Neftçi" "Kəpəz"i məğlub edib - 2:0. Bu matçdan sonra milli komandaların oyunlarına görə Topaz Premyer Liqasında oktyabrın 15-dək fasilə yaranacaq.
 
Premyer Liqa
2016/17 mövsümü
I dövrə, VII tur

2 oktyabr
19.00 Qəbələ - Qarabağ
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Akif Əmirəli, Coşqun Həsənov.
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Əliyar Ağayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Rövşən Əhmədov.
Qəbələ şəhər stadionu.

Klub

O

Q

H/H

M

T/F

X

1

Qəbələ

6

5

1

0

17:0

16

2

İnter

7

4

3

0

12:7

15

3

Qarabağ

6

4

1

1

15:3

13

4

Sumqayıt

7

2

2

3

6:9

8

5

Kəpəz

7

1

4

2

6:8

7

6

Zirə

7

2

1

4

5:9

7

7

Neftçi

7

2

0

5

6:16

6

8

AZAL

7

0

2

5

3:18

2

Bombardirlər

Baqali Dabo (Qəbələ) - 6.


Fanat.Az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-qbld-zirv-sava-t53016.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR