İƏT-ə üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının Bakıda keçirilən konfransında bəyanat qəbul edilib

İƏT-ə üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının Bakıda keçirilən konfransında bəyanat qəbul edilib
13:07 3 Oktyabr 2016
14 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 3 oktyabr. REPORT.AZ/ Bakıda İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının konfransı keçirilib.
“Report”un xəbərinə görə, konfransda Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, ölkədəki diplomatik korpusun nümayəndələri, KİV rəhbərlər iştirak edib.
Onlar çıxışlarında müsəlman ölkələri arasında informasiya mübadiləsinin aparılmasının vacibliyini vurğulayıblar. 
Konfras iştirakçıları bəyanat qəbul edib. Sənəddə bildirilib ki, İslam dini mütərəqqi ümumbəşər sistemin, ümumdünya mədəni irsinin və hümanzm ideallarının formalaşması və inkişafında mühüm rol oynayıb.
Bəyanatda qeyd olunub ki, hazırda bir çox müsəlman ölkəsində təhlükəsizliyi təhdid edən neqativ proseslər, hətta sabitliyin pozulması, milyonlarla insanın həyatına təhlükə yaradan halların baş verməsi jurnalistləri narahat etməyə bilməz: “Təəssüflə qeyde dirik ki, Qərbin islamafob dairələri, onların idarə etdiyi transmilli KİV-lər müsəlman dünyasında baş verənləri qərəzli formada təqdim edirlər. Elə buna görə də beynəlxalq ictimaiyyətdə müsəlman ölkələri və islam dini haqqında yanlış təsəvvür yaranır. Beləliklə, İslam terrorla eyniləşdirilir.
Yaranmış vəziyyət ümumi mənafe naminə müsəlman ölkələri arasında mövcud olan fikir ayrılıqlarının aradan qaldırılmasını, vahid mövqeyin formalaşdırılmasını tələb etdiyi kimi, həm də informasiya sahəsində qarşılıqlı əlaqələrin gücləndirilməsini zərurətə çevirib". 
Bəyanatda bildirilib ki, 2012-ci ildə Qabonun paytaxtı Libervill şəhərində İƏT-ə üzv ölkələrin informasiya nazirlərinin 9-cu toplantısında informasiya sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə ciddi qərarlar qəbul edilib. 2014-cü ildə İranda keçirilən növbəti toplantıda isə İƏT-ə üzv ölkələrin jurnalistlər assosiasiyasının yaradılması ilə təkliflər səsləndirilib.
Sənəddə vurğulanıb ki, İƏT-ə üzv ölkərin jurnalistlərini birləşdirən təşkilatın yaradılması İslam dəyərlərinin qorunması və təbliğinə, müsəlman xalqları arasında qarşılıqlı əlaqələrinə, həmrəyliyin inkişaf etdirilməsinə töhfə verə bilər: “Biz-2016-cı ildə oktyabrın 3-də Azərbaycanın paytaxtı Bakıda keçirilən konfransının iştirakçıları İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının yaradılmasını dəstəklədiyimizi bəyan edirik.
Müasir dövrdə çevik informasiya fəaliyyətinin qurulmasında Vahid Koordinasiya Mərkəzinin əhəmiyyətini və müsəlman ölkələri arasında informasiya mübadiləsinin gücləndirilməsi zərurətini nəzərə alaraq, bu məsələnin İƏT-ə üzv ölkələrin informasiya nazirlərinin 11-ci toplantısının müzakirəsinə çıxarılmasını, İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının, habelə 2017-ci ildə Bakı şəhərində İƏT-ə üzv ölkələrin jurnalistlərinin iştirakı ilə yeni yaranmış qurumun I konfransının təşkili üçün İƏT Katibliyindən müvafiq tədbirlərin görülməsini xahiş edirik”.

Xəbərin orijinal ünvanı: http://report.az/media/i-et-e-uzv-dovletlerin-jurnalistleri-assosiasiyasi-beyanat-qebul-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR